Messi: “Ediləcək başqa bir şey qalmayıb”backend

Messi: “Ediləcək başqa bir şey qalmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerika və Dünya Kubokunu qazandıq, ediləcək başqa bir şey yoxdur”.

Editor.az xəbər verir ki, bu sözləri Argentinalı super ulduz Lionel Messi Dünya Kubokunda qələbəsi ilə bağlı verdiyi ilk geniş müsahibəsində deyib. O, karyerasının sonuncu dövrünü bağladığını bildirib.

“UrbanaPlay”a danışan argentinalı ulduz, “Karyeramın sonunda bir dövrü bağlayıram. Hazırda heç bir şikayətim yoxdur və daha çoxunu istəyə bilmərəm”,-deyib. Messi ən böyük kədərini dilə gətirib. Argentinalı ulduz 2020-ci ilin noyabrında 60 yaşında dünyasını dəyişən Dieqo Armando Maradonanın Argentinanın Amerika Kuboku və Dünya Kuboku qalibiyyətlərini görə bilməməsinə çox üzüldüyünü bildirib. Messi, “Kaş ki, Dieqo kuboku mənə versəydi və ya heç olmasa Argentinanı yenidən dünya çempionu kimi görsəydi” ,-deyə sözlərinə davam edib.

//Gülnarə Abasova, Editor.az