Messi: “”Qızıl Top”a Benzema layiqdir”backend

Messi: “”Qızıl Top”a Benzema layiqdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina milli komandasının düşərgəsində olan Messi gündəmdən düşməyəcək bir müsahibə verib. Editor.az “sporx” a istinadən xəbər verir ki, PSG-dəki performansına görə tənqidlərə məruz qalması ulduz futbolçunu təəccübləndirir.

“”Barselona”da oynadığım zaman belə tənqidlərə məruz qalmamışdım. İndidən özümü gələcək mövsümə hazırlayıram. Artıq şəhəri də, klubu da yaxşı tanıyıram. Artıq daha rahatam”, -deyə Messi bildirib.

Argentinalı ulduz Benzemanın “Qızıl Top”a namizdəliyinə də münasibət bildirib.

“Məncə Benzema bu mövsüm “Qızıl Topa” ən layiqli namizəddir. O, bütün oyunlarda fədakarlıqla mübarizə aparıb”,- deyə Messi bildirib.

Sonda argentinalı ulduz “Barselona”dan ayrılmağı ilə bağlı sualı da cavablandırıb.

“Həyatım boyu “Barselona”da ayrılacağımı düşünmədim. Bir mövsüm ki fərqli bir komanda da forma geyindim, həmin il mənim üçün çox çətin oldu. Ölkəmdən çox Barselonada yaşamışam. Hal-hazırda çıxış etdiyin klubda çox xoşbəxtəm. Ayrılıq haqqında düşünmürəm”,- deyə Messi fikrini tamamlayıb.

//Nəzərbəy Hacıağayev, Editor.az