“İnter Mayami”nin ulduzu argentinalı hücumçu Lionel Messi Səudiyyə Ərəbistanı çempionatına transfer oluna bilər.
Bu barədə Argentinanın Boing 97.3 radiosunun sosial şəbəkələri məlumat yayıb.
Mənbə “Əl Hilal”ın prezidenti Fəhd bin Nafelin bu transfer dövründə ABŞ-a getdiyini və argentinalı futbolçunun atası Xorxe ilə görüşdüyünü, argentinalı oyunçunun transferi üçün danışıqları irəlilətməyə çalışdığını iddia edib.
Messi Barselonanın gənclik sisteminin məhsuludur. O, 2003-2021-ci illərdə əsas komandada çıxış edib.Bu müddət ərzində 835 oyun keçirib və 709 qol vurub. Messi “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina ilə Dünya Kubokunun qalibi olub və iki dəfə Amerika Kubokunun qalibi olub.
2021-ci ildə argentinalı futbolçu Fransanın PSJ-yə, 2023-cü ilin yayında isə MLS-də çıxış edən “İnter Mayami”yə transfer olunub. Argentinalı futbolçunun Amerika klubu ilə hazırkı iş müqaviləsi 2025-ci ilin sonuna kimi hesablanıb.Transfermarkt portalında yayılan məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
//Gülnarə Abasova, Editor.az