Messi Xavinin rekordunu təkrarladıbackend

Messi Xavinin rekordunu təkrarladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

La Liqanın 23-cü turunda hazırda davam edən “Alaves”lə matç “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Qol.az “Gracenote Live”yə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Kataloniya klubunun heyətində 505-ci oyununa çıxıb. Argentinalı oyunçu bu göstərici ilə komandanın sabiq futbolçusu Xavinin rekordunu təkrarlayıb.

“Barselona”nn heyətində La Liqada ən çox oyun keçirən futbolçular:

1-2. Lionel Messi – 505 (bugünkü oyun daxil olmaqla);

1-2. Xavi – 505;

3. Andres İniesta – 442;

4. Serxio Busquets – 399 (bugünkü matç daxil olmaqla);

5. Karles Puyol – 392.