Məsuliyyət daşımaq lazımdır, silah yox – Qarabağda nə baş verir? – VİDEObackend

Məsuliyyət daşımaq lazımdır, silah yox – Qarabağda nə baş verir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Bakı ilə İrəvan arasında sülh danışıqlarının intensivləşdiyi bir vaxtda istər Ermənistan tərəfi sərhədlərimiz istiqamətində, istərsə də qanunsuz erməni silahlıları Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasından mövqelərimizi mütəmadi olaraq atəşə tuturlar. Hətta bunlar azmış kimi separatçıların gizli yollarla qanunsuz silah daşımalarını da əks etdirən kadrlar yayılır.

Erməni separatçılarını birdən-birə belə “cəsarətləndirən” nədir? Kimlər Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmaq istəyir?

Hərbi ekspert, polkovnik Alparslan İmamqulu Trend-in suallarını cavablandırıb. Ekspert bildirib ki, separatçıları və Ermənistan ordusunu kənardan idarə edən qüvvələr mövcuddur:

“Ermənistan yenə təxribatlara davam etməkdədir. Bu təxribatların arxasında bəlli qüvvələr və onların maraqları dayanır.

İstər terrorist qüvvələrin silahlandırılması, onlara təlimlərin keçirilməsi, hətta ərazilərin minalanmasına belə dəstək verilməsi, ermənilərə kəşfiyyat məlumatlarının ötürülməsinə görə üçtərəfli bəyanata əsasən bölgəyə müvəqqəti olaraq yerləşdirilən hərbi birləşmə cavabdehlik daşıyır”.

Polkovnik Alparslan İmamqulunun mövzuyla bağlı daha geniş açıqlamasını videodan izləyə bilərsiniz: