Mətanətdən Manafın nəvəsinə bahalı hədiyyəbackend

Mətanətdən Manafın nəvəsinə bahalı hədiyyə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Mətanət Əsədova həmkar Manaf Ağayevin nəvəsinə bahalı hədiyyə verib.

Editor.az olay-a istinadən bildirir ki, bu barədə sənətçi “Səhər mərkəzi” proqramında qonaq olarkən danışıb.

Əsədova deyib ki, Manafın adını daşıyan nəvəsinə brilyantdan maşın hədiyyə edib:

“Manaf Ağayevin nəvəsi, balaca Manaf çox gözəldir. Onu sevdim. Ürəyimdən gələn bir hədiyyə aldım. Qızıl və brilyantla dolu maşın vermişəm. Bütün maşın brilyantdır. O uşaq möcüzəli uşaqdır”.

M. Ağayev Əsədovanın açıqlamasını təsdiqləyib.