Mətbuat Şurasının sədr müavini: “Jurnalistin ünvanladığı sual cavablandırılmalıdır”backend

Mətbuat Şurasının sədr müavini: “Jurnalistin ünvanladığı sual cavablandırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jurnalistikada əsas funksiyalardan biri də ictimai nəzarət funksiyasıdır. Bu məqam jurnalistin cəmiyyət qarşısında daşımalı olduğu sosial məsuliyyət hissini unutmadan bu funksiyanı icra etməyi şərtləndirir. Bu mənada təbii ki, jurnalistin ünvanladığı sual cavablandırılmalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu AYB-nin qurultayında Xalq yazıçısı Çingiz Abdullayevlə jurnalist arasında yaşanan insidentə münasibət bildirərkən deyib.

Vüqar Zifəroğlu bildirib ki, jurnalist eyni zamanda fəaliyyəti zamanı etik davranış qaydalarına əməl etməlidir: “Sual qərəzli və birtərəfli ola bilməz. Sualda sarkazm, eyham ve ittiham çalarlari qəbuledilməzdir. Müsahibə götürməyin, açıqlama almağın standartları var. Və o standarlara əməl etmək bizim borcumuzdur”.

//Samir Qurbanov, Editor.az