Metro işə düşdü…backend

Metro işə düşdü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib. Editor.az xəbər verir ki,  artıq bu gün səhər saat 06:00-dan metro sərnişinlərin istifadəsinə açıq elan olundu.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.

Lakin həftə sonları – 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Məlumat üçün bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabrın 19-dan dayandırılmışdı.