Metro üçün dörd yeni qatar alınıbbackend

Metro üçün dörd yeni qatar alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cari ilin ikinci yarısında Bakıya daha dörd yeni qatar gətiriləcək.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 
Bildirilib ki, “Bakı Metropoliteni” QSC dörd yeni qatar sifariş verib:
“2021-ci ildə planlaşdırıldığı kimi hər biri beş vaqondan ibarət olan dörd yeni qatar (cəmi 20 vaqon) sifariş verilib. Qatarlar Rusiyanın “Metrovaqonmaş” şirkəti tərəfindən istehsal olunur. İlin ikinci yarısında həmin qatarlar Bakıya gətiriləcək. Müvafiq sazlama sınaq mərhələsindən sonra isə sərnişinlərin xidmətinə veriləcək”.