Metroda gediş haqqı artırılır? – RƏSMİ AÇIQLAMAbackend

Metroda gediş haqqı artırılır? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metroda gediş haqqının 55 qəpik olacağına dair məlumatlar yayılıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Editor.az-a açıqlamasında bu məlumatın əsassız olduğunu deyib.

Onun sözlərinə görə, QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur:

“Bakı Metropoliteni” QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”.