Metroda polisə müqavimət göstərən millimizin üzvü imiş – VİDEObackend

Metroda polisə müqavimət göstərən millimizin üzvü imiş – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun əvvəllərində Bakı Metropolitenində polisin qanunu əmrinə tabe olmayan və müqavimət göstərən şəxslərdən biri – Şirzad Şirzadov basketbol üzrə Azərbaycan yığmasının üzvü olub.

“Qafqazinfo”nun məlumatına görə, o, U-20 milli komandamızda çıxış edib.

Ş.Şirzadov Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham olunub.

Onun barəsində məhkəmənin qərarı ilə üç aylıq həbs qətimkan tədbiri seçilib. Həmin müddətin başa çatmasına bir neçə gün qaldığı üçün istintaqın təqdimatı ilə Ş.Şirzadovun həbs müddəti uzadılıb.

Onun həbsdən azad olunmasının vəkilinin verdiyi vəsatət Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva tərəfindən rədd edilib. O, həbsdə qalıb.