Metroda PROBLEM: Sərnişinlər düşürüldü – AÇIQLAMAbackend

Metroda PROBLEM: Sərnişinlər düşürüldü – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əhmədli”-“Dərnəgül” istiqamətində, “28 May” stansiyasında sərnişinlər qatardan düşürülüb.

Bu barədə Editor.az a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, buna səbəb maşinistin qatara texniki baxış keçirilməsi tələbi olub.

“Maşinist qatara sərnişinsiz baxış keçirilməsini tələb etdi. Bu səbəbdən “Əhmədli”-“Dərnəgül” istiqamətində hərəkətdə olan qatar “28 May” stansiyasında bütün sərnişinlər vaqonlardan düşürülüb. Hazırda qatar xəttədir və texniki baxış keçirilir”, deyə B.Məmmədov bildirib.