Metroda tibbi maskadan düzgün istifadə etməyənlər cərimələnəcək – RƏSMİbackend

Metroda tibbi maskadan düzgün istifadə etməyənlər cərimələnəcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir.

Editor.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.

//Report