Metronun açılması ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Metronun açılması ilə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus pandemiyasına görə metronun fəaliyyəti dayandırılıb. Qeyd edək ki, Operativ Qərargahın qərarına görə ümumi karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Lakin yanvarın 25-dən bərbərxanalar, gözəlik salonları və rayonlara gediş-gəliş bərpa olundu. Fevralın 1-dən isə kafe və restoranların açılması gözlənilir. Lakin Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır. Fevralın 15-dən ali məktəblərin açılması ilə bağlı metronun da fəaliyyətinin bərpa edilməsi ilə bağlı iddialar səsləndirlir. Azərbaycanda metro fəaliyyətini nə zaman bərpa edir?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki,metronun yenidən fəaliyyətə başlaması ilə bağlı hələlik Operativ Qərargah tərəfindən hər hansı rəsmi və ya qeyri-rəsmi məlumat daxil olmayıb:

“Konkret olaraq karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Bu uzadılma avtomatik olaraq bizə də şamil edilir. Çünki uzadılma qərarında metro xüsusi bəndlə qeyd edilir. Bu isə o deməkdir ki, metronun açılması Operativ qərargahın verəcəyi əlavə qərardan asılı olacaq.

Bununla bağlı səlahiyyət sahibi Operativ Qərargah olduğu üçün qərarı da onlar verir. Ölkədə pandemiya ilə bağlı peşəkar və ixtisaslaşmış qiymətləndirməni yalnız Operativ Qərargah verir. Ümumi karantin rejimi Azərbaycanda aprelin 1-nə kimi uzadılıb. Metro da bu qərarın tərkib hissəsidir. Operativ Qərargah yanvarın 25-i və fevralın 1-də digər sahələrdə açılmalar olduğu kimi, gələcəkdə metronun da fəaliyyətini bərpa edilməsi ilə bağlı qərar verə bilər”.

//Editor.az