“Metropark”a giriş bağlandıbackend

“Metropark”a giriş bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şənbə günü “Metropark” ticarət və əyləncə mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq mərkəzə giriş bağlanıb.
“Report”un əldə etdiyi məlumata görə, üç gün ərzində “Metropark”da təmir-bərpa işləri həyata keçiriləcək və ticarət mərkəzi bundan sonra açılacaq.
Xatırladaq ki, iyulun 27-də Bakının Nərimanov rayonu ərazisində yerləşən yeddimərtəbəli “Metropark” ticarət və əyləncə mərkəzində yanğın olub. Nəticədə binanın 2 və 3-cü mərtəbələrində şaxta boyunca 10 p.m elektrik kabeli yanıb.