Bakı Metropoliteni” QSC-də kütləvi ixtisaralara dair yayılmış məlumatları təkzib edib.
Editor.az report-a istinadla xəbər verir ki, səhmdar cəmiyyətində bəzi xidmətlərin – o cümlədən təmizlik və yaşıllaşdırma işlərinin – bazarda bu sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən daha effektiv şəkildə həyata keçirilə biləcəyi müəyyən edilib.
Buna görə də həmin xidmətləri kənar ixtisaslaşmış şirkətlərin göstərməsi barədə qərar qəbul olunub.
QSC bu sahələrdə çalışan şəxsləri seçim qarşısında qoyub:
– Xidmətləri icra edəcək ixtisaslaşmış şirkətlərdə işlə təmin olunmaq;
– “Bakı Metropoliteni”ndə mövcud olan digər iş yerləri üzrə uyğun alternativ iş təklifi;
– Qanunvericiliyin tələb etdiyi hallarda müvafiq kompensasiya və müavinətlərin ödənilməsi.

