Metropolitenin sədr müavini gediş haqqından danışıbbackend

Metropolitenin sədr müavini gediş haqqından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metropoliteni metroda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Editor.az  Trend-ə istinadən bildirir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məsələ Bakı Metropoliteninin səlahiyyətində deyil.

“Gediş haqlarının bahalaşması ilə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətindədir. Biz isə bu barədə Tarif Şurasına müraciət etməmişik”,- H.Məmmədov deyib.