Məxfi sənəd ortaya çıxdı – Rus ordusu ilə bağlı iddia təsdiqləndibackend

Məxfi sənəd ortaya çıxdı – Rus ordusu ilə bağlı iddia təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner” qrupunun muzdlularının Liviyadakı əməliyyatlarının Rusiya ordusu və müharibə cinayətləri ilə əlaqələrinə diqqət çəkilib.

bu barədə BBC-nin xüsusi reportajında bildirilib.

“Vagner”dən olan bir muzdluya aid itirilmiş planşetdə döyüşçünün təşkilatdakı kritik rolu və digər döyüşçülərin izlənilə bilən kod adları haqqında məlumatlar yer alıb. Mütəxəssislər BBC-nin ələ keçirdiyi siyahıdakı hərbi texnika və silahların yalnız Rusiya ordusu tərəfindən təmin edilə biləcəyini bildiriliblər.

Planşetin 2020-ci ilin yazında Tripolidən cənubdakı mövqelərdən geri çəkilmə vaxtı bir muzdlu tərəfindən itirildiyi iddia olunub.

“Vaqner” döyüşçüsünün kimliyinin içindəki kod adından təsbit edildiyi bildirilən məlumatda planşetdə dron görüntülərinin olduğu da deyilib.

Liviya kəşfiyyatı tərəfindən BBC-yə verilən 19 yanvar 2020-ci il tarixli 10 səhifəlik silah və hərbi texnika siyahısının “Vaqner” qrupunun çəkildiyi ərazidə yerləşdiyi ehtimal olunur.

Siyahının “Vaqner”in əməliyyatlarının kim tərəfindən maliyyələşdirildiyi və dəstəkləndiyi barədə yeni məlumatlar ortaya çıxaracağı da iddia edilib.

Sənəddə “hərbi məqsədlərin yerinə yetirilməsi” üçün lazım olan materiallar yer alıb. Siyahıda 4 tank, yüzlərlə “Kalaşnikov” avtomatı və ən müasir radar sistemləri var.

BBC reportajın hazırlanması mərhələsində iki keçmiş muzdluya da çatmağı bacarıb.

Rəsmi Moskva “Vaqner” qrupu ilə əlaqələrini inkar edir.

İlk dəfə 2014-cü ildə Ukraynanın şərqindəki münaqişələrdə rusiyapərəst separatçılara dəstəyi ilə tanınan “Vaqner” qrupunun daha sonra Suriya, Mozambik, Sudan və Mərkəzi Afrika Respublikası kimi ölkələrdə fəaliyyət göstərdiyi üzə çıxıb.

Teleqraf.com