Məxfi sənədlərin olduğu “çox təhlükəli” qovluq Ağ evdən yoxa çıxıbbackend

Məxfi sənədlərin olduğu “çox təhlükəli” qovluq Ağ evdən yoxa çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika kəşfiyyat orqanları Rusiya və onun vətəndaşları haqqında məxfi sənədlərin olduğu “çox təhlükəli” qovluğu itirib. Fayllar kolleksiyasının Donald Trampın prezidentliyinin sonunda itdiyi və o vaxtdan bəri görünmədiyi bildirilir.

Bu sənədlərdəki məlumatlar guya “beynəlxalq qalmaqala səbəb ola bilər”.

Editor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. “Trampın vəzifədən getməsindən sonra iki ildən artıq müddətdə itirilmiş kəşfiyyat materialları, yəqin ki, tapılmayıb”, – nəşr bildirib.

Aydınlaşdırılır ki, qovluqda Rusiya Federasiyası vətəndaşları, kəşfiyyat agentləri haqqında, həmçinin Vaşinqtonun Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməyə cəhd etdiyinə inandığı bir şey haqqında Amerika kəşfiyyatının məlumatları var.

İddialara görə, qovluq sonuncu dəfə Trampın özü tərəfindən tələb edilib. Buna görə də əlavə versiyalar ortaya çıxır ki, bu, Bayden administrasiyasının rəqibini ləkələmək üçün növbəti cəhdidir.

//Samir Qurbanov, Editor.az