ABŞ-ın Texas ştatında magistral yolun yaxınlığındakı göldə naməlum qadın cəsədi tapılıb.
Editor.az ABŞ mətbuatına istinadən xəbər verir ki, tapılan cəsədin üzərindəki döymə ilə həkk edilmiş şifrələr bütün dünyanın diqqətini cəlb edib.
Qadının kimliyi hələ məlum deyil. Cəsədin üzərindəki döymələrin sirri araşdırılsa həm qadının kimliyi, həm də cinayətkarın kimliyi müəyyənləşdirə bilər. Belə ki qadının bədənin müxtəlif hissələrində döymə ilə həkk edilmiş müxtəlif yazı və şəkillərə rast gəlinir. Rəsmlərdən biri başında papağı olan karikatura formasında çəkilmiş saqqalı kişidir. Digəri isə üzü aydın şəkildə görünən qadın rəsmidir.
Qeyd edək ki, qadının necə öldüyü və meyidin neçə müddətdir tapıldığı ərazidə olduğu bilinmir.

//Editor.az

