“Meymunçiçəyi” artıq Rusiyadadırbackend

“Meymunçiçəyi” artıq Rusiyadadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı aşkarlanıb.

Editor.az-ın xəbərinə görə, bu barədə çərşənbə axşamı, 12 iyul 2022-ci ildə Rospotrebnadzorun mətbuat xidmətində jurnalistlərə məlumat verilib. Xəstəlik Avropadan qayıdan rusiyalı turistdə aşkarlanıb. “Xəstəlik Avropa səfərindən qayıdan və xarakterik səpgi ilə tibb müəssisəsinə müraciət edən gəncdə aşkarlanıb”, – nazirlikdən bildirilib. Xəstəlik yüngül formada davam edir və xəstə təcrid olunub. O, xəstəxananın yoluxucu xəstəliklər şöbəsində müalicə olunur.

Daha əvvəl Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Gennadi Onişenko meymun çiçəyi xəstəliyinin insan populyasiyasında getdikcə daha çox inamlı olması barədə fikirlərini bildirmişdi. Mütəxəssis diqqətə çatdırmışdı ki, 2022-ci ilin may ayından Avropada “əsasən kişilərdən kişilərə keçən” virusun alt tipində çox intensiv mutasiya baş verir.

  Editor.az