Dünyada yayılmağa davam edən meymunçiçəyi virusu daha üç ölkədə, BƏƏ, Slovakiyada və Çexiya Respublikasında virus aşkarlanıb.
Editor.az “BBC”yə istinadən xəbər verir ki, virusa indiyə qədər Avropa, Avstraliya və Amerikada ümumilikdə 18 yoluxma qeydə alınıb. Rəsmilər bu sayın daha da artacağını düşünürlər. Ancaq xəstəliyi nəzarət altına alınması üçün bütün imkanların mövcud olduğu bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatının infeksion xəstəliklər departamentinin rəhbəri Silvi Briand bildirib ki, xəstəliyin dünya üzrə yayılması arzu olunmazdır. O, qeyd edib ki, biz bunu nəzarətdə saxlaya bilərik.
Bu günə qədər xəstəliyin mənbəyi olan Afrikadan kənarda 237 yoluxma aşkarlanıb.
Almaniya suçiçəyi xəstəliyinə qarşı istifadə olunan peyvəndin meymunçiçəyi xəstəliyinə qarşı istifadə etmək üçün 400 min peyvənd sifariş verib.
İngiltərə də dünən daha 14 yoluxma halı aşkarlanıb. Ümumilikdə xəstəliyə yoluxma sayı 71-ə yüksəlib.
Qeyd edək ki, meymunçiçəyi xəstəliyənə daha çox Mərkəzi və Qərbi Afrikaya səyahət edən şəxslərin yoluxduğu bildirilir. Xəstəliyin müddəti 21 gündür.
//Nəzərbəy Hacıağayev, Editor.az

