Meymunçiçəyinə 219 yoluxma qeydə alınıbbackend

Meymunçiçəyinə 219 yoluxma qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meymunçiçəyi virusunun daim mövcud olduğu Afrika ölkələrindən kənarda 219 yoluxma halı aşkarlanıb.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) verib. Məlumatda bildirilir ki, xəstəlik artıq Afrikaya səyahət etməyənlər arasında da yayılmağa başlayıb.Virusun daha çox orta cinsdən olanlar arasında yayıldığı müəyyən edilib. Artıq meymunçiçəyi xəstəliyi İngiltərədə 71, İspaniyada 51, Portuqaliyada 37, Kanada da 15 və ABŞ-da 9 nəfərdə aşkarlanıb. ECDC xəstəliyin yayılma və yoluxmasını zəif olduğunu bildirib. Meymunçiçəyi xəstəliyinə yoluxanlar onu yüngül simptomlarla keçirdir.

Qeyd edək ki, indiyədək xəstəlikdən ölüm qeydə alınmayıb.

//Nəzərbəy Hacıağayev, Editor.az