Meymunların qaçırdığı 1 aylıq körpə ölübbackend

Meymunların qaçırdığı 1 aylıq körpə ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanzaniyanın qərbində Kiqoma bölgəsindəki Mvamqonqo kəndində meymunlar evlərin birinə hücum edərək 1 aylıq körpəni anası əmizdirərkən qaçırıblar.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, körpənin baş və boyun nahiyəsindən yaralandığı və müalicə olunduğu xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, hansı meymun növünün anaya hücum etdiyi hələlik bəlli olmasa da, polis xalqı milli parklarda meymunlarla diqqətli olmağa çağırıb.

//Gülnarə Abasova, Editor.az