Meyvə-tərəvəzin qiyməti niyə əl yandırır? – “Müxtəlif sahibkarlar, işbazlar…“backend

Meyvə-tərəvəzin qiyməti niyə əl yandırır? – “Müxtəlif sahibkarlar, işbazlar…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda insanların etiraz etdiyi məsələlərdən biri də ərzaq və meyvə, tərəvəz qiymətlərinin artmasıdır. Bir neçə il bundan öncə 30-40 qəpiyə aldığımız tərəvəzləri hazırda 1 və ya 2 manatdan aşağı ala bilmirik.

Qiymət artımının əsas səbəbi nədir?

İqtisadçı Natiq Cəfərli qiymət artımları ilə bağlı Yenisabah.az-a danışıb. O tarladan süfrəyə zəncirin olmamasını qiymət artımının əsas səbəbi kimi görür:

“Azərbaycan hökuməti və Kənd Təsərüffatı Nazirliyi bir neçə il öncə yaxşı bir ideya irəli sürmüşdü. Tarladan süfrəyə bir başa əlaqənin qurulması ilə bağlı işlər görülməli idi. Təəssüf ki, bu baş tutmadı. Zəncirin halqaları müxtəlif iş adamları və ya işbazlar tərəfindən dağıdıldı. Yenidən tarladan süfrəyə bir xətt qurulmalıdır. Hökumət, Kənd Təsərrüfatı Nazirliyi təsərrüfatla məşğul olan insanlara dəstək olmalıdır ki, onlar öz mallarını birbaşa bazara çıxara bilsinlər.

İkinci ən mühüm məqam, hər bir sahədə qiymətlərin qalxmasıdır. Digər sahələrdəki qiymət artımı, təsərrüfatla məşğul olan şəxslərin xərclərini artırıb. Fermerlər və təsərrüfatla məşğul olanlar gündəlik tələbat mallarınıda bazardan alırlar. Məsələn  yağ, ət, paltar və s. Onlar məcburdurlar ki, qiyməti artırsınlar, gəlirləri həmin xərcləri qarşılaya bilsin”.

İqtisadçı Rusiya sərhəddinin bağlı olmasını da əsas amil hesab edir:

“Bir müddət Rusiya sərhədinin bağlı qalması əngəllər yaradırdı, bu səbəbdən meyvə tərəvəz daxili bazara yönəldi. Yay fəslinin əvvəli meyvə tərəvəzin qiymətində ki, kəskin azalmanında şahidi olduq.

Hazırda yollar açılıb, yenidən Rusiyaya pomidor, xiyar, tərəvəz məhsullarının ixracatı başlayıb. Dünən Rusiya tərəfindən kartofla bağlı irad gəldi ki, kartofun ixracatına qadağa qoyula bilər. Əgər bu baş versə kartofun qiymətində də müəyyən ucuzluq müşahidə olunacaq. Rusiya sərhəddinin qapalı və ya açıq olması da qiymətlərə təsir edən əsas amillərdən biridir”.

 

Meyvə-tərəvəzin qiyməti niyə əl yandırır? - “Müxtəlif sahibkarlar, işbazlar...“