Meyxanaçı Ağakərim ölüb? – AÇIQLAMAbackend

Meyxanaçı Ağakərim ölüb? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəfat etməsi ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı Oxu.az-a meyxanaçı Mehman Əhmədli ilə əlaqə saxlayıb.

O bildirib ki, həmkarı haqqında yayılan ölüm xəbəri yalandır:

“Belə məlumatı reytinq xətrinə kim yayırsa, çox yanlış hərəkət edir. Meyxanaçı Ağakərim sağdır, evindədir. Xəstəliyindən dolayı insanları tanımaqda bir qədər çətinlik çəkir, lakin səhhətində ağırlaşma yoxdur. Adamın ailəsi, yaxınları var. Bu cür yalan, qeyri-dəqiq məlumat yaymaq olmaz”.