Meyxanaçı Ağamirzə Rəşad Dağlı barədə danışdıbackend

Meyxanaçı Ağamirzə Rəşad Dağlı barədə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baku TV-nin “Qapqara” verilişinin budəfəki qonağı meyxana ustası Ağamirzə Məmmədov olub.

Verilişdə Rəşad Dağlının çox ədəbli biri olduğunu söyləyən meyxana ustası onunla bağlı xatirələrini bölüşüb:

“Rəşadı yaxşı tanıyıram. Həmişə hörmətcil biri olub. Məclislərdə heç vaxt məndən öncə mikrofonu əlinə almayıb. Hətta bir dəfə arxamca gələrək belə demişdi:

“Sən birinci hamını salamlamalı, qafiyə tutmalısan, sonra da biz meyxana deməliyik”. Ağamirzə Məmmədov qəzəlxan Məşədibabadan bəhs edərkən isə “o, çox “təhlükəli” meyxanaçı idi. Heç kimdən çəkinmirdi” deyib.

O həmçinin meyxananın əvvəlki və hazırkı dövrü arasındakı fərqlərdən, övladlarından və onlara verdiyi tərbiyədən danışıb.

Ətraflı süjetdə: