“İsrail və Fələstinin maraqlarını düşünən bütün ölkələr İsrailin Qəzzada başlatdığı quru əməliyyatını dəstəkləməlidir”.
Editor.az xəbər verir ki, bunu dünyanın ən nüfuzlu maliyyə nəşrlərindən biri olan Bloomberg-in ana şirkəti olan Bloomberg LP-nin sahibi Michael Bloomberg deyib.
Bloomberg ABŞ-ın İsrailə verdiyi dəstəyi davam etdirməyin lazım olduğunu bildirib. ABŞ prezidenti Co Baydenin “İsrailin öz vətəndaşlarının qayğısına qalmaq və bu hücuma cavab vermək üçün bütün vasitələrə sahib olduğundan əmin olacağıq” ifadəsini dəstəkləyən Bloomberg İranın hücumla birbaşa əlaqəsi olmasa da Tehranın HƏMAS-a maliyyə təmin etdiyinə diqqət çəkib.
Bloomberg bəyan edib ki, İrana neft embarqosu daha ciddi şəkildə həyata keçirilməlidir. Eyni zamanda onun sözlərinə görə, ABŞ ərəb tərəfdaşlarından daha konstruktiv rol oynamağı da tələb etməlidir: “Zorakılığın Qəzzadan kənara, istər İordan çayının qərb sahilinə, istərsə də Livanın cənubuna yayılması heç bir ərəb ölkəsinin marağında olmaz. Oqtidara gələn heç bir Fələstin rəhbərliyinə etibar edilməyəcək. Ərəb ölkələri daha sabit həll yolunun tapılmasında mühüm rol oynamalıdır”.
//Gülnarə Abasova, Editor.az

