Micron-dan 40 milyard dollar investisiyabackend

Micron-dan 40 milyard dollar investisiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın çip istehsalçısı Micron Technology, 2030-cu ilə qədər yaddaş istehsalına 40 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqladı.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamada, sözügedən investisiyanın ABŞ prezidenti Co Baydenin bu gün imzaladığı yerli yarımkeçirici istehsalının artırılmasına dair qanun çərçivəsindəki təşviqlərdən faydalanacağı bildirilib.

Bəyanatda “CHIPS (Amerika üçün Yarımkeçiricilər İstehsal etmək üçün Yardımçı Təşviqlər Yaratmaq) və Elm Aktı” kimi tanınan qanun çərçivəsində qrant və kreditlərlə investisiyanın dünyanın ən qabaqcıl yaddaş istehsalına imkan verəcəyi vurğulanıb. Açıqlamada şirkətin 2025-ci ildən sonra istehsala başlamağı hədəflədiyi və sərmayənin 40 minə yaxın adamı işlə təmin edəcəyi bildirilib.

Fikirləri bəyanatda yer alan Micron Technology İcraçı Direktoru Sanjay Mehrotra, CHIPS və Elm Qanununu yarımkeçirici sənayesində ABŞ liderliyini möhkəmləndirmək yolunda mühüm addım kimi xarakterizə etdi. O, bildirib ki, bu qanun Micron-a gələcək 10 il ərzində qlobal bazarda yerli yaddaş istehsalını 2 faizdən 10 faizə yüksəltməyə imkan verəcək və ABŞ-ı dünyanın ən yüksək səviyyəsinə çıxaracaq.

//Gülnarə Abasova, Editor.az