ABŞ-ın Kaliforniya ştatında yerləşən Mid gölündə suyun səviyyəsi 2000-ci ildən bəri quraqlıq səbəbindən azalmağa başlayıb.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, suyun azalmasından sonra göldən xeyli insan sümükləri tapılıb.
Polisin verdiyi açıqlamada qeyd olunub ki, göl qurumağa davam etdikcə daha çox cəsəd tapılacaq.
Qeyd edək ki, mayın birində tapılan insan cəsədi balıqçılar tərəfindən aşkarlanmışdı. Tapılan cəsədin güllə ilə başından vurulduğu ehtimal edilir. Eyni zamanda tapılan cəsədin əynindəki geyimlərə baxıldıqda cinayət hadisəsinin 70-80-ci illərdə baş verdiyi ehtimal olunur.
//Nəzərbəy, Editor.az

