MİDA-nın yeni mənzillərinin satışı dayandırıldı – SƏBƏB – YENİLƏNİBbackend

MİDA-nın yeni mənzillərinin satışı dayandırıldı – SƏBƏB – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN login üzərində yüklülük nəticəsində texniki problem yaranıb.

Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

11:00

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı başlayıb.

ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılıb.

Mənzil almaq istəyənlər tərəfindən 27696 elektron kabinet yaradılıb.

10:44

“Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçiriləcək”.

Bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, mənzil seçimlərinin edilməsi ilə bağlı proses hüquq-mühafizə orqanlarının nəzarətindədir:

“Hər hansı bir qeyri-qanuni hərəkət müəyyən edilərsə, dərhal tədbir görüləcək”.

Fərman Qurbanlı həm də, ümumilikdə 18 binadan 815 mənzilin satışa çıxarılacağını qeyd edib.

Oxu.az