Migel Kresponun əvəzinə Luis Qustavobackend

Migel Kresponun əvəzinə Luis Qustavo

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Super Liqasında baş tutacaq “Fənərbaxça”-“Qaziantepspor” görüşündə “sarı-lacivəndlər” Migel Kresponun xidmətlərindən yararlana bilməyəcəklər.

Editor.az “sporx” a istinadən xəbər verir ki, buna səbəb Kresponun aldığı zədədən sonra əməliyyat olunmasıdır. Onun yoxluğunda onu brazilyalı yarımmüdafiəçi Luis Qustavo əvəz edəcək. Baş məşqçisi İsmayıl Kartal bununla əlaqədar olaraq oyunçu ilə artıq danışdığını bildirib.

Qeyd edək ki, Luis Qustavonun müqaviləsi mövsümün sonunda bitir. 34 yaşlı oyunçu karyerasını vətəni Braziliyada davam etdirmək istəyir. Peşəkar futbolçu “Botafoqo” və “Korintias” klubları ilə danışıqlar aparır. Bu iki klubdan birini seçərək futbol karyerasına davam edəcək.

//Nəzərbəy, Editor.az