Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib – VİDEObackend

Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib.

“Bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Ulu öndərin “Mən həyatımın mənasını xalqıma xidmətdə görürəm. Azərbaycan mənim həyatımın mənasıdır” fikirləri Vətənə olan sevginin, xalqa bağlılığın və mənəvi dəyərlərə sadiqliyin ali səviyyədə bəyanı idi”, – deyə nazir qeyd edib.

O bildirib ki, ümummilli liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq.