Mikayıl Cabbarov: “İlham Əliyev ölkədəki bütün azlıqlar kimi, Yəhudi icmasını da diqqətdə saxlayır”backend

Mikayıl Cabbarov: “İlham Əliyev ölkədəki bütün azlıqlar kimi, Yəhudi icmasını da diqqətdə saxlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail hökuməti ilə çox yaxşı əlaqələrimiz var və peşəkar səviyyədə tez-tez danışıqlar aparırıq. Həmçinin İsrailin Bakıdakı səfirliyi ilə də əlaqələrimiz əladır. Biz həmçinin bu ölkənin müxtəlif nazirlikləri ilə də yaxşı münasibətlərə malikik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri və Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov Azərbaycanda yaşayan yəhudilərə də münasibətin yüksək səviyyədə olduğunu qeyd edib:

“Yüz illərdir ki, biz birgə yaşayırıq və Azərbaycanın dəyərləri hər dinə və hər etnik qrupa hörmət üzərində qurulub. Bunun sirri sadədir: Azərbaycanda yaşayan hər bir etnik qrupun cəmiyyətimizin bir hissəsi olduğuna inanırıq.

Bu, birlikdə yaşadığımız bir tarixə, bir-birimizə zərər verməmək, bir-birimizə hörmət etmək, birlikdə əylənmək və böhranlarla üzləşmək, dini bayramları qeyd etmək, yan-yana döyüşmək, istisnasız bir mədəniyyətə söykənən bir münasibətdir.

Azərbaycan nisbətən gənc bir ölkədir, lakin bizim uzun bir tariximiz var. Azərbaycan Prezidenti İlham Əliyev ölkədəki bütün azlıqları olduğu kimi Yəhudi icmasını da diqqətdə saxlayır.

Gələn il Azərbaycan müstəqilliyinə 30 il, İsrail əlaqələrinə 30 il qeyd edəcək. Mənim məqsədim iki ölkə arasında əlaqələri daha da yaxşılaşdırmaq üçün çalışmaqdır. Bu xüsusi ildə də bunu edəcəyəm”.

Loading...