Mikayıl Cabbarov iqtisadi inkişafın prioritet istiqamətlərini açıqladıbackend

Mikayıl Cabbarov iqtisadi inkişafın prioritet istiqamətlərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə sahibkarlıq subyektlərinə 358 milyon manat məbləğində dəstək göstərilib və 115 milyon manat güzəştli kredit verilib.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Post-pandemiya dövründə vergi sistemi” adlı konfransda deyib.

O bildirib ki, pandemiyanın fəsadlarının aradan qaldırılması, iqtisadi fəallığın bərpası, kiçik və orta biznesin aktiv fəaliyyətə qayıtması bu il qarşımızda dayanan əsas prioritet istiqamətlərdir.