“Milan”ın hücumçusu İsveçdə itkin düşübbackend

“Milan”ın hücumçusu İsveçdə itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milan”ın hücumçusu Emil Roback İsveçdə itkin düşüb. İsveçin “Norrköpinq” klubunda icarə əsasında çıxış edən futbolçu 14 gündür komanda və yaxınları ilə əlaqə saxlamayıb.

Editor.az bildirir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb. 2023-cü ilin martında futbolçu 2023-cü ilin noyabrına qədər “Norrköpinq” klubuna icarəyə verilib. Emil Roback İsveç Top Liqasında son oyununu 23 sentyabr 2023-cü ildə keçirib.

Oktyabrın əvvəlində klubun idman direktoru Toni Martinsson itkin düşən futbolçu ilə bağlı mətbuata açıqlama verib. “Mən onun yaxşı olduğunu bilmək istəyirəm. Mən onun bura gəlməsini istəyirəm ki, hamı üçün uyğun bir həll tapa bilək. Mən onun qayıdacağına ümidimi itirməmişəm, amma onu 14 gündür görmədiyimiz üçün çox narahatıq”, – Toni Martinsson “Norrkpinq Tidninqar” qəzetinə deyib.

“La Gazzetta dello Sport”un məlumatına görə, “Milan” “Norrköpinq” klubunun rəhbərliyi və futbolçunun agenti ilə əlaqə saxlayır.

Yaxın vaxtlarda İsveç klubu ilə futbolçu arasında izahat görüşü baş tutmalıdır.
Qeyd edək ki, peşəkar karyerasına İsveçin “Hammarbryu” klubunda başlayan Emil Robak 2018-ci ildə gənclər arasında ölkə çempionatının qalibi olub. 14 avqust 2020-ci ildə İtaliyanın “Milan” klubuna keçərək 2025-ci ilin iyun ayına qədər müqavilə imzalayıb. İsveç mətbuatının məlumatına görə, əməliyyatın məbləği 15 milyondan 20 milyon İsveç kronu arasında dəyişib. O, klubun gənclər komandasında da çıxış edib.

//Samir Qurbanov, Editor.az