“Milan” Renato Sançesi heyətə qatmaq üzrədirbackend

“Milan” Renato Sançesi heyətə qatmaq üzrədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya A seriyasının qalibi olan “Milan” Renato Sançesin transfer məsələsini həll etmək üzrədir. Editor.az “sporx” a istinadən xəbər verir ki, Sançes klubdan ayırlan Frank Kessyeninin boşluğunu doldurmaq üçün nəzərdə tutulub. Artıq danışıqların son mərhələsinə çatan “Milan” futbolçuya illik 3 milyon avro təklif edib. Bundan əlavə “Milan” klubu Sançesin məxsus olduğu Fransanın “Lill” klubuna 18-20 milyon arası transfer məbləği təklif edib.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi Renato Sançes bu mövsüm çıxdığı 32 oyunda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az