“Milan” rəsmən satıldıbackend

“Milan” rəsmən satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Milan” klubu rəsmən satılıb. Klub “RedBird Capital” yatırım şirkəti tərəfindən 1.2 milyard qarşılığında alınıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “RedBird Capital”ın həm təsisçisi və idarəçisi Harri Kardinal və “Elliot”-un idarəçisi Qordon Singer açıqlama verib.

Məsələ bağlı “Milan” klubu da rəsmi açıqlama verib. Klubdan bildirilib ki, “RedBird Capital” nəznində “Milan”ın əsas hədəfi hər zaman zirvədə olmaq olacaq.

Qeyd edək ki, bu mövsüm “Milan” 19-cu dəfə İtaliya çempionluğunu qeyd edib. Klub çempionluğunu yaşayarkən əfsanəvi futbolçu Zlatan İbrahimoviç klubun heyətində olub. Onun mükafatlandırma mərasimindəki hərəkətləri isə gecəyə öz damğasını vurub.

//Nəzərbəy Hacıağayev, Editor.az