Şəxsi təyyarə boş binaya çırpıldı, 8 nəfər öldübackend

Şəxsi təyyarə boş binaya çırpıldı, 8 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Milan şəhərində şəxsi təyyarə boş bir binaya çırpılaraq göyərtəsində olan 8 nəfər həlak olub.

Editor.az xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, Sardiniyaya getmək üçün Milanın Linate hava limanından havaya qalxan təyyarədə 68 yaşlı rumıniyalı milyarder Dan Petrescu, həyat yoldaşı və oğlu olub.

Təyyarənin düşdüyü yerdə bina və park edilmiş nəqliyyat vasitələri alovlanarkən yerdə xəsarət alan olmayıb. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Bəzi şahidlər tək mühərrikli Pilatus PC-12 təyyarəsinin qəzaya uğramadan əvvəl alov aldığını söyləyib.

Hadisənin şahidlərindən Giuseppe, Reuters -ə danışarkən deyib:

“Təyyarə göydən olarkən mühərriklər dayanırmış kimi bir səs eşitdim. Sonra güclü bir partlayış səsi eşitdim. Evimizin pəncərələri silkələndi. Pəncərəni açanda böyük bir tüstü gördüm.” 

//Gülnarə Abasova, Editor.az