Öz gözündə tiri görməyən Avropa başqasının gözündə çöp axtarır.
“Report” xəbər verir ki, bunu Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın qələbələrinə qıcıqlananlar belə tədbiri qəbul edə bilmirlər:
“Avropa öz gözündə tiri görmür, başqa gözdə çöp axtarır. Suverenliyimiz təmin olunub, xalqın qüruru, gülər üzü təmin olunub. Ona görə də Azərbaycan bütün dünyaya sübut etdi ki, Heydər Əliyevin təbirincə desək, dünəni unutmayan və onu öyrənən bir xalq gələcəyinə fəxrlə baxa bilər”.
M.Yevdayev COP29-un mahiyyətinə toxunaraq son illər insanların təbiəti daha çox istismar etdiyini söyləyib:
“Son 50 ildə təbiətdən aldıqlarımız 4 min ildə götürdüklərimizdən çoxdur. Ona görə də təbiət bizi cəzalandırır. Temperaturun bu qədər artması insanlara son xəbərdarlıqdır”.