Milli Məclisin deputatı Müşfiq Cəfərov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş beynəlxalq tədbirlərdə iştirak etmək üçün Bosniya və Herseqovinanın Sarayevo şəhərinə səfər edib.
Beynəlxalq konfransda Bosniya və Herseqovinadan olan millət vəkilləri, dövlət rəsmiləri, diplomatik korpusun, QHT və KİV-lərin, gənclər təşkilatlarının nümayəndələri həmçinin Bosniya və Hersoqovina şəhid anaları, universitet rektorları və Pakistan Respublikasının səfiri də iştirak edib.
Beynəlxalq konfransda bir daha Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş bu qətliam barədə məlumat verilib daha sonra isə faciəni əks etdirən sənədlər təqdim olunub.
Beynəlxalq konfransdan sonra Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı surətdə təmir edilmiş “Dostluq parkı”nda Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub və abidə önünə əklil qoyulub.