Millət vəkili: Ermənilər həmişə tarixi saxtalaşdırmaqla özlərinə ölkə yaratmağa çalışıblarbackend

Millət vəkili: Ermənilər həmişə tarixi saxtalaşdırmaqla özlərinə ölkə yaratmağa çalışıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyan görür ki, yalan danışdıqca ölkəsini məhvə doğru aparır”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Ermənistan baş naziri parlamentdə deputatların suallarını cavablandırarkən tarixi həqiqəti dilə gətirib: “Tarixi həqiqət isə Paşinyanın qeyd etdiyi kimi Qarabağ münaqişəsi başlanana qədər Şuşa sakinlərinin 90%-dən çoxunun azərbaycanlılar olmasıdır. Şuşa həmişə azərbaycanlıların yaşadığı şəhər olub. Bu şəhəri Pənahəli xan tikimişdir. Belə olan halda Şuşa erməni şəhəri necə ola bilər? Ermənilər həmişə tarixi saxtalaşdırmaqla özlərinə ölkə yaratmağa çalışıblar. Hətta onların bu yalanları tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması ilə nəticələnib”.

Azər Badamovun sözlərinə görə, 90-cı illərin əvvəlində ermənilər yenə öz saxta iddialarını ortaya qoyaraq Azərbaycanın torpaqlarında ikinci erməni dövlətini qurmaq məqsədilə torpaqlarımızın 20%-ni işğal etmişdi: “Təbii ki, bunun səbəbkarı Azərbaycanın o vaxtkı uğursuz rəhbərləridir. İndi isə zaman dəyişilib. Azərbaycanı güclü ölkəyə çevirən və dünyada söz sahibi edən dövlət başçımız var. 44 günlük müharibədə ordumuzun rəşadəti, xalqımız həmrəyliyini ermənilər, o cümlədən Paşinyan gördü. Düşünürəm ki, Paşinyan indi reallığı dərk etməyə başlayıb. O, bilir ki, Azərbaycanla düşmən münasibət sərgiləməklə heç nəyə nail ola bilməzlər. Ona görə də son vaxtlar reallığı etiraf etməyə başlayıb. Erməni müxalifəti isə bundan istifadə edərək Paşinyanı uzaqlaşdırıb özləri hakimiyyətə gəlmək istəyir’’.

Millət vəkili son olaraq əlavə edib ki , erməni müxalifəti Qarabağ kartını hakimiyyəti devirmək üçün vasitə kimi istifadə etməyə çalışsa da, erməni cəmiyyətinin əksəriyyəti Paşinyanın etiraflarını düzgün hesab edir və Qarabağ Azərbaycanın torpağıdır, orada nə işimiz var kimi şüarları səsləndirirlər: “Hətta erməni valideynləri əsgərlikdə xidmət edən övladlarını Qarabağa göndərilməsinə qarşı aksiyalar keçirirlər. Bu o deməkdir ki, Ermənistan əhalisinin çoxluğu Qarabağı Azərbaycanın ərazisi olduğunu qəbul edib və övladlarını Azərbaycan torpaqlarında qondarma rejimin müdafiəsinə göndərilməsinin ələyhinədir’’.

Gülnarə Abasova, Editor.az