Millət vəkili: “Uğurlu Aprel döyüşlərinin 44 günlük Vətən müharibəsində böyük rolu var”backend

Millət vəkili: “Uğurlu Aprel döyüşlərinin 44 günlük Vətən müharibəsində böyük rolu var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il Azərbaycanın Aprel döyüşlərindəki zəfərindən 5 il keçir. 5 il bundan öncə əldə etdiyimiz bu zəfəri 44 günlük Vətən müharibəsindəki qələbənin açarı kimi qiymətləndirmək lazımdır’’.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili bildirib ki, aprel döyüşlərinə qədər Milli Qəhrəmanımız Mübariz İbrahimov təkbaşına düşmənin onlarla canlı qüvvəsini məhv edərək Ermənistan ordusunun nə dərəcədə zəif olduğunu ortaya qoymuşdu: “Ancaq istənilən halda insanlar arasında bir mif gəzirdi. Aprel döyüşləri isə ermənilərin müdafiə səddini yarmağın mümkünlüyünü, eyni zamanda Azərbaycan ordusunun 90-cı illərin əvvəllərindən fərqli olaraq çox güclü və müasir səviyyədə formalaşdığını ortaya qoydu”.

Deputatın sözlərinə görə, Aprel zəfəri Azərbaycan ordusuna inamı geri qaytardı: “Bunun nəticəsidir ki, bu qələbədən sonra Ermənistanın həm hərbi, həm də siyasi dairələrində çaxnaşma baş verdi. Hətta ondan 2 il sonra isə Ermənistanda “çevriliş” baş verdi və Paşinyan hakimiyyətə gəldi. Uğurlu Aprel döyüşlərinin 44 günlük Vətən müharibəsində rolu çox böyükdür və bu döyüşlər bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin hərbi yolla bərpa oluna biləcəyini göstərdi. Ordumuz gücləndi və Vətən müharibəsində möhtəşəm bir döyüş həyata keçirərək ərazilərimizi düşmən işğalından azad etdi”.

Gülnarə Abbasova, Editor.az