“Millət vəkillərin qorunması ilə bağlı xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac yoxdur”- Deputatdan AÇIQLAMAbackend

“Millət vəkillərin qorunması ilə bağlı xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac yoxdur”- Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Silahlı basqınlar və sui-qəsdlər dünyanın hər bir ölkəsində baş verir və heç kim belə hadisələrdən sığortalanmayıb. Hesab edirəm ki, baş vermiş terror hadisəsi çox ciddi araşdırılır və cinayətkarlar layiqli cəzalarını alacaqlar”.

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov həmkarı Fazil Mustafanın silahlı hücuma məruz qalması ilə parlamentarilərin təhlükəsizlik məsələsinin gündəmə gəlməsi barədə açıqlamasında bildirib.

Millət vəkili bildirib ki, ölkəmizdə siyasi sabitlik yüksək səviyyədə təmin olunmuş, hər bir vətəndaşın təhlükəsizliyi dövlət tərəfindən qorunur:

“O cümlədən millət vəkillərinin təhlükəsizliyi də ümumi vətəndaşların təhlükəsizliyi kimi qorunur. Hesab edirəm ki,  millət vəkillərin qorunması ilə bağlı xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq ölkədə ümumi təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Çünki uğurlarımızı gözü götürməyən, istəməyən dairələr müxtəlif yollarla ölkəmizdə təmin olunmuş siyasi sabitliyi pozmağa çalışırlar. Amma düşünürəm ki, müvafiq dövlət orqanlarımız bu cür ünsürlərin çirkin niyyətlərin reallaşmasına heç vaxt imkan verməyəcəkdir”.

//Gülnarə Abasova, Editor.az