Millətlər Liqasının final matçı FACİƏ İLƏ BİTDİbackend

Millətlər Liqasının final matçı FACİƏ İLƏ BİTDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya və Portuqaliya milliləri arasında keçirilən futbol üzrə Millətlər Liqasının final matçında Münhendəki stadionun ikinci mərtəbəsindən bir azarkeş yıxılaraq ölüb.

Publika.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Agentliyin məlumatına görə, faciəvi insident matçın əlavə vaxtında baş verib. Təcili tibbi yardımın çevik müdaxiləsinə baxmayaraq, azarkeşi həyata qaytarmaq mümkün olmayıb. Onun hansı şəraitdə yıxıldığı araşdırılır.

Qeyd edək ki, Portuqaliya millisi UEFA Millətlər Liqasının A liqasının final oyununda İspaniya millisini məğlub edib. Matç bazar günü, iyunun 8-də Almaniyanın Münhen şəhərində, “Allianz Arena” stadionunda baş tutub və oyunsonrası penaltilər seriyasında 3:2 hesabı ilə ispanların xeyrinə başa çatıb.