Milli Məclis 8 Noyabr Zəfər Günü münasibətilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Editor.az Trend-ə istinadən bildirir ki, bu təklifi Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında irəli sürüb.
Deputatlar təbrik məktubunun göndərilməsini dəstəkləyiblər.

