Milli Məclisdə 1 dəqiqəlik sükutbackend

Milli Məclisdə 1 dəqiqəlik sükut

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentin bu gün keçirilən iclasında helikopter qəzasında həlak olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova şəhid hərbçilərin xatirəsinin yad edilməsini təklif edib:

“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb. Qəza nətciəsində 14 hərbi qulluqçumuz həlak olub. Təklif edirəm ki, həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilsin”, – spiker bildirib.

Daha sonra şəhid hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.