Milli Məclisdə Fransa Senatının qətnaməsi pisləndi: Bu, riyakarlıq, ikiüzlülük nümunəsidirbackend

Milli Məclisdə Fransa Senatının qətnaməsi pisləndi: Bu, riyakarlıq, ikiüzlülük nümunəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə pislənib.

Editor.az  Trend-ə istinadən bildirir ki, parlamentin noyabrın 16-da keçirilən iclasında deputat Kamran Bayramov bildirib ki, Fransa beynəlxalq hüquqa zidd gedərək Azərbaycana qarşı qətnamə qəbul edib.

O qeyd edib ki, qətnamə adlanan bu kağız parçası islamafob, turkofob və ermənipərəst diarələrin əməlinin nəticəsidir.

K.Bayramov vurğulayıb ki, Fransanın bu cür addımları regionda gərginliyin artmasına, sülh prosesinin ləngiməsinə xidmət edir. “Fransa özünün əsl ermənipərəst mövqeyini nümayiş etdirir. Bu qətnamə riyakarlıq, ikiüzlülük nümunəsidir. Fransanın bu qərəzli bəyanatına siyasi qiymət verilməlidir”, – deyə deputat bildirib.

Deputat Tural Gəncəliyev isə qeyd edib ki, Fransa Senatının bu anti-Azərbaycan qətnaməsi Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı bir addımdır. “Beynəlxalq hüququn, sülhün qayğısına qalmalı olan bir ölkə beynəlxalq hüququ ayaqlar altına atır, beynəlxalq hüququn mənbələrinə çox ciddi zərbə vurur. Bundan sonra Fransanın hansı üzlə beynəlxalq hüquqdan, sülhdən danışacağı təəccüblüdür. Fransa bu qərəzli addımı ilə regionda sülh prosesinə ciddi zərbə vurur. Bu sənəd Fransanın destruktiv siyasətinin nəticəsidir. Özlərini yeni Napaleon hesab edənlər unutmamalıdır ki, Azərbaycanla bu üsulla danışmaq olmaz”, – deyə T.Gəncəliyev əlavə edib.

Deputat Cavanşir Feyziyev isə bildirib ki, bu qərəzli qətnamə Fransanın regionda öz geosiyasi maraqlarını təmin etmək istəyindən irəli gəlir. Deputat vurğulayıb ki, qətnamə bölgədə sülhün bərqərar olmasına maneçilik törədir:

“Regionda sülh güc mərkəzlərini, o cümlədən Fransanı qane etmir və onlar regionda gərginlik yaratmaqla öz maraqlarını təmin etməyə çalışır. Onlar anlamalıdır ki, bu cür addımlarla maraqlarını təmin edə bilməyəcəklər”, – deyə deputat bildirib. Digər deputatlar da bu qərəzli qətnaməni pisləyib və beynəlxalq qanuna zidd olduğunu diqqətə çatdırıb.