“Milli Məclisin deputatlarına qarşı şər-böhtan kampaniyası davam edir”- Azər Badamov həmkarı ilə bağlı yayılan QALMAQALDAN DANIŞDIbackend

“Milli Məclisin deputatlarına qarşı şər-böhtan kampaniyası davam edir”- Azər Badamov həmkarı ilə bağlı yayılan QALMAQALDAN DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar sosial şəbəkələrdə guya millət vəkili Cavid Osmanovun tanınmış aktrisa Pərvin Abıyeva ilə sevgili olması ilə bağlı xəbərlər yayılıb. Məsələ ilə bağlı bir çoxları reaksiya bildirib. Milli Məclisin deputatı Azər Badamov Editor.az-a təəssüflə bildirib ki, antimilli qüvvələr müxtəlif ucuz əməllərlə Azərbaycan hakimiyyətinə, Milli Məclisin deputatlarına qarşı şər-böhtan kampaniyasını davam etdirirlər:

“Bəziləri xaricdə oturub sosial şəbəkələrdə özlərinin əxlaq və tərbiyəsinə uyğun söyüşlər söyür, bəziləri də ölkə daxilində oturaraq dövriyyəyə əsassız informasiyalar yaymaqla ləyaqətli və hörmətli insanlara qarşı ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışırlar. Son iki gündür ki, belə ucuz əməllərlə Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü, həmkarım Cavid Osmanovun ətrafında da həqiqəti əks etdirməyən yalan informasiya uydurulmuşdur. Yaxından tanıyan bir şəxs kimi deyə bilərəm ki, Cavid Osmanov yüksək əxlaqlı, tərbiyəli, savadlı və sözünü heç nədən çəkinməyərək yerindəcə ünvanına çatdıran, cəmiyyətdə hörmət qazanmış millət vəkilidir. Hörmətli cənab Prezidentimizin siyasətinə sadiq olan Cavid Osmanov antimilli Şuranın və digər radikalların nöqsanlarını və səriştəsizliklərini mütəmadi olaraq ifadə etməsi onların xoşuna gəlmir. Ona görə də radikallar Cavid müəllimin ətrafında belə saxta informasiyanı qondarıblar. Cəmiyyət kimin kim olduğunu yaxşı tanıyır. Belə ucuz şər-böhtanlar Cavid müəllimə yapışmaz. Saxta informasiyaları yaymaqla məşğul olanlar bilsinlər ki, dövlətimizin tanınmış simalarına qarşı belə ucuz əməllərin işlədilməsi onlara heç vaxt hörmət gətirməyəcək”.

//Editor.az