Milli Məclisin eks-deputatları məhkəmədə qarşı-qarşıya gəldilər — Obyekt DAVASIbackend

Milli Məclisin eks-deputatları məhkəmədə qarşı-qarşıya gəldilər — Obyekt DAVASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin 2 sabiq deputatı məhkəmədə qarşı-qarşıya gəliblər.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, sabiq deputat Əsabil Qasımov ona aid olan “İnvest.M Construction” MMC tikinti şirkəti tərəfindən keçmiş millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) sədri Elxan Süleymanova məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən 500 kvadratlıq qeyri-yaşayış sahəsini sökdürmək istəyib.

Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasının hakimi Vahid Sadıqov tərəfindən həmin tikintinin sökülməsini qadağan edən qərar verilib.

Sənəddə qeyd olunur ki, vətəndaş Əsabil Qasımov Elxan Süleymanovun xeyrinə çıxarılmış qərardan şikayət verə bilməz.

Elxan Süleymanovun şikayəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhıükəsizlik Xidməti tərəfindən isə həmin ünvanda kəsilmiş 37 ağaca görə Əsabil Qasımov 234 min manat cərimələnib. Həmin cərimə artıq Əsabil Qasımov tərəfindən dövlətə ödənilib.